Daha bir "mühacir" ifşa olundu: "10 min versən..." - VİDEO

Daha bir "mühacir" ifşa olundu: "10 min versən..." - VİDEO
SİYASƏT
14:39 07.10.2019
5437
"Mühacir” adı ilə Avropa ölkələrinə sığınaraq Azərbaycan dövlətinə qarşı çirkin kampaniyalar aparanların cinayətkar xarakterli əməlləri barədə mətbuata tez-tez müxtəlif məlumatlar yayılır. Onların bəzisi Azərbaycanda dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vuraraq ölkədən qaçıb. Amma buna baxmayaraq bu gün müxtəlif Youtube kanallarından özlərini cəmiyyətə "siyasi mühacir”, "xalqın adamı” və "demokratiya mücahidi” kimi təqdim edirlər. Məsələn, Qabil Məmmədov adlı əxlaq normalarından bixəbər, mədəniyyətdən uzaq "inqilabçı”, Ordu sıralarında zabit kimi qulluq edərkən ayrı-ayrı şəxsləri aldadaraq onlardan müxtəlif məbləğlərdə pul alıb.
 
Məlumatlara görə, aldatdığı şəxslərin sayı onlarla ölçülür. Vətəndaşlardan böyük məbləğdə pul toplayan Q.Məmmədov aldadıldığını başa düşən insanların "pulu geri qaytar” tələbi ilə üzləşsə də müxtəlif bəhanələrlə vaxt uzadıb və nəticədə ölkədən qaçaraq Avropaya sığınıb, qısa müddətdən sonra isə Youtube kanalında "siyasi mühacir” qiyafəsində zühur edib.

Q.Məmmədov bu gün insanları "inqilaba” səsləyir. Ayrı-ayrı dövlət məmurları barədə təhqiramiz ifadələr dilə gətirir. "Qan lazımdır, Qan!” deyən bu qanacaqsız "mühacir” bəzən bir qədər də dərinə gedərək vətəndaşları polis əməkdaşları ilə silahlı qarşıdurmalara çağırır. 

Çox uzatmayaq. Diqqətinizə təqdim etdiyimiz video Q.Məmədovun gerçək kimliyini çılpaqlığı ilə ortaya qoyur. Bu gün Q.Məmmədovun nağıllarına inanaraq onun tamaşaçısına çevrilənlərə də aydın olacaq ki, "alovlu inqilabçı” Azərbaycandan niyə qaçıb. 

AZXEBER.COM xəbər verir ki, missiya.Az-a ötürülən gizli çəkiliş Q.Məmmədovun aldatdığı vətəndaşların biri tərəfindən təşkil olunub. Q.Məmmədovun Ordu sıralarında xidmət etdiyi dövrü əks etdirən videomaterialda onun Bakıda – "20 Yanvar" Metrostansiyası yaxınlığındakı kafelərdən birində vətəndaşdan pul qoparmağa çalışdığı anlar yer alıb. Ayrı-ayrı qurumların adından istifadə edən Q.Məmmədov gizli çəkiliş zamanı əvvəlki əməlləri barədə də məlumat verir. Videoda söhbət 10 min manatlıq işdən gedir. Q. Məmmədov növbəti qurbanı kimi seçdiyi şəxsə deyir ki, 10 min manat verərsə, işi düzələr....

Baxın, görün kimlər Azərbaycanda hakimiyyəti dəyişmək istəyir...


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq