Daha bir "oliqarx əməliyyatı" və milyarderin həbsi: Leyla Məmmədzadə də saxlanıldı

Daha bir "oliqarx əməliyyatı" və milyarderin həbsi: Leyla Məmmədzadə də saxlanıldı
TOP4
12:52 01.04.2018
7794

Rusiya daha bir oliqarx-milyarderin həbsi ilə çalxalanır. Hüquq-mühafizə orqanları gözlənilmədən ölkənin nəhəng holdinqlərindən biri olan çoxprofilli "Summa" şirkətlər qrupunun sahibi, dağıstanlı milyarder Ziyavuddin (yaxud qısaca Ziya) Maqomedovu, qardaşı Maqomedi və holdinqin digər səlahiyyətli şəxslərini həbs edib.

 

Ziya Maqomedov

Ötən gün həyata keçirilən bu həbslər zamanı tutulanlar mənimsəmələrdə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və milyardlarla rubl büdcə pullarını talamaqda ittiham edilirlər.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, Maqomedov qardaşları və onların holdinqlərinin vəzifəli şəxslərinin Rusiyanın 25 regionunda aparılan irimiqyaslı istintaq tədbirlərinin nəticəsində həbs edildiyi açıqlanıb. Hazırda iş üzrə 9 şübhəli şəxs var. Ziya Maqomedova qarşı irəli sürülən əsas ittiham Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən "Baltik Arena" stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun "Crocus Group" şirkətidir.

 


Ziya Maqomedov və Leyla Məmmədzadə

 


 

Maqomed Maqomedov

Habelə Maqomedovların Novorossiysk ticarət limanının tikintisində də mənimsəmələrə yol verdiyi bildirilir.
"The Bell" nəşrinin yazdığına görə Maqomedov qardaşları ilə birlikdə "Summa" şirkətlər qrupunun baş direktoru Leyla Məmmədzadə də saxlanılıb. 42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın "Halliburton" şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi "Royal Dutch Shell"də həmin sahəyə rəhbərlik edib. 51 yaşlı Ziyavuddin Maqomedov "Forbes"in milyarderlər siyahısında 53-cüdür. O, milliyətcə avardır, Dağıstanın Xunzaxsk rayonunun Şotoda kəndində anadan olub.

 


Keçmiş senatordur, 2002-2009-cu illərdə Federasiya Şurasının üzvü olub. Onun sahibi olduğu "Summa" şirkətlər qrupu diversifikasiya olunmuş holdinqdir, liman logistikası, mühəndislik xidmətləri, telekommunikasiya, neft-qaz və digər sektorlarda çoxsaylı aktivlərə malikdir. Rusiyanın ən qaranlıq şirkətlərindən biri hesab edilir. Azərbaycan neftinin də nəql edildiyi Novorossiysk ticarət limanı da Ziya Maqomedova məxsusdur. Ziya Maqomedovun həbsi ən son məqamda həyata keçirilib. O, şəxsi təyyarəsi ilə ailəsi ilə birlikdə ABŞ-ın Mayami şəhərinə uçmaq istəyərkən tutulub.

Biznesmen Mayamiyə "əməliyyat olunmaq üçün getmək istədiyini" deyib.
Vəkilləri onun istintaq dövründə azadlığa buraxılması üçün 2.5 milyard rubl girov təklif edib, lakin məhkəmə girovu qəbul etməyib və oliqarxın barəsində həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, həbslər başlayanda Maqomedov qardaşlarının menecerlərindən ikisi, o cümlədən "GlobalElectroServise" və "Transinjinirinq" şirkətlərinin baş direktoru Eldar Naqapov Dubaya qaçmağa imkan tapıb. "The Bell" nəşri Ziya Maqomedovun baş nazir Dmitri Medvedyevə yaxın oliqarx olduğunu yazır. Medvedyev ona yüksək dövlət mükafatları verib. Bəzi məlumatlara görə Medvedyevin xanımı "Summa" holdinqinin səhmlərinin 20 faizinə sahibdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik