Daha bir prospektdə hərəkət məhdudlaşdırılacaq

SOSİAL
14:08 04.08.2016
1218
Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsındə ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu haqda AZXEBER.COM-a "Azeravtoyol"dan məlumat verilib. 
"Sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik".
OXŞAR XƏBƏRLƏR