Daha bir qadın instaqram paylaşımlarına görə - Cəzalandırıldı

Daha bir qadın instaqram paylaşımlarına görə - Cəzalandırıldı
SOSİAL
12:09 03.03.2026
338
Sosial şəbəkədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan foto və videolar paylaşan daha bir qadın inzibati məsuliyyətə cəlb edilib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluq tərəfindən 1996-cı il təvəllüdlü S.Abbasova barəsində protokol tərtib olunub.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (Xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən tərtib edilən protokola Suraxanı Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, fiziki şəxs S.Abbasova instaqramda 140.000-dən artıq abunəçisi olan profilə sahibdir. O, bəzi görüntülərdə erotik, o cümlədən xarici dildəki mahnı sədaları altında oriental rəqsin hərəkətlərini icra edib. Digər görüntülərdə isə hər hansı paltar satışı niyyəti olmadan, geyim brendinin loqosu göstərilmədən bədəninin əksər hissələrini nümayiş etdirərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirməklə cəmiyyətə açıqcasına hörmətsizlik edib.

Məhkəmənin qərarı ilə S.Abbasova 1000 manat cərimə edilib.
OXŞAR XƏBƏRLƏR