Daha bir qudurğanlıq: Tələbə iki yaz manatlıqları ayaqları altına səpdi - VİDEO

SOSİAL
15:20 06.09.2018
8260

Sosial şəbəkələrdə yayılan görüntülər çoxlarının qəzəbinə səbəb olub. 


AZXEBER.COM Demokrat.Az-a istinadən xəbər verir ki, əlinə bir az pul düşən şəxslərin bunu maksimum şəkildə bildirmək istəyi bəzən heç də xoş nəticə vermir. Məsələn,  Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov (videoda tələbə bileti görünür) yeni çıxan iki yüz manatlıq əskinasları əyləşdiyi maşında ayağının altına səpib.


O, bunu "Mənim pulum var” görüntüsü yaratmaq edib və bunu videoya çəkərək paylaşıb. 


Aldığı reaksiya isə düşündüyü kimi olmayıb. Çoxları bunu qudurğanlıq, görməmişlik kimi qiymətləndirib. 


Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu milli pulumuza qarşı hörmətsizlik olduğunu deyiblər.

 

OXŞAR XƏBƏRLƏR