Daha bir restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Daha bir restoranın fəaliyyəti dayandırıldı - VİDEO
SOSİAL
20:14 26.09.2025
566
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli restoranın fəaliyyətini dayandırıb.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, Xidmət tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 Belə ki;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektin mətbəxinin tavan hissələri yanar material olan lambirlə üzlənilib;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR