AZXEBER.COM xəbər verir ki, Azpolitika.info saytı Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun qəsr kimi villasının fotolarını dərc edib. Sayt yazır ki, 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən – 2006-cı ildən rəhbərlik edir. Xəbərə görə, rəisin Bakının Bilgəh qəsəbəsində hazırda yaşadığı malikanənin ərazisində tikdiyi yeni – 5 mərtəbəli sarayında son təmir-tamamlama işləri görülməkdədir: “Fotodan da göründüyü kimi, bu ev deyil, heç villa da deyil – sözün əsl mənasinda şah sarayıdır! Məlumat üçün bildirək ki, Bilgəh qəsəbəsində nazir Kəmaləddin Heydərovun da villası var, amma şahidlərin bildirdiyinə görə heç bunun yarısının yarısı qədər də deyil..”.Sayt həmçinin C. Xanlarovun təkcə Azərbaycanda deyil, xaricdə də tikinki işləri apardığını qeyd edir: “Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təkcə tikintilərə “nəzarət etməklə” kifayətlənmir, özü də tikir. Özü də çox şey tikir – Dubayda oteldən belə. Nə işdirsə, tikdiklərini də dəfələrlə baha qiymətə sənədləşdirir. 100 manat verdiyi işçiyə 500 manata imza atdırır, 50 manata aldığını 150 manat yazır… Bu çox maraqlı və dərindən araşdırılmalı məsələdir. Kim kimə atır bu oyunda? Dağıdılan, talanan milyonlar kimin puludur? Bu korrupsiya mexanizmi “yuxarıya” doğru hansı səviyyəyədək qalxır?Məlumata görə, ötən il ötəri yoxlama nəticəsində C.Xanlarovun dövriyyəsində 95 milyon manat kəsir çıxıb. O, baş ofisi Dubayda yerləşən “AZTRANS” beynəlxalq yükdaşıyıcı şirkətindəki payını sataraq, bu kəsiri bağlayır”.Sayt C.Xanlarova FHN-in birinci müavini Rəfail Mirzəyev tərəfindən himayədarlıq edildiyini də bildirib.“Şah sarayı”nın fotolarını təqdim edirik:

