'Daha güclü Azərbaycan naminə namizədimiz İlham Əliyevdir' - 'İrəli' qərarını verdi

GƏNCLİK
16:35 13.06.2013
2064

2005-ci ildə Azərbaycanın ictimai həyatına Hərəkat kimi qədəm qoyan, bu gün isə fəaliyyətini İctimai Birlik olaraq davam etdirən İRƏLİ hazırda ölkənin ən böyük və mütəşəkkil gənclər təşkilatlarından birinə çevrilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə “İrəli” ictimai birliyinin 3-cü Hesabat Konfransının bəyanatında deyilir.Bəyanatda vurğulanır ki, sıralarında 30 min gənci birləşdirən İRƏLİ Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayır və bu prosesə mühüm töhfələr verir.“İRƏLİ-nin missiyasının əsas məramı və qayəsi Azərbaycana, Azərbaycançılığa, milli mənafeyə xidmət etməkdir. Bu məqsədlə ölkəmizin inkişafına töhvə verməyi, layiqli vətəndaş kimi formalaşmağı, cəmiyyətdə öz potensialını səfərbər etməyi qarşısına məqsəd qoyan gəncləri ətrafına toplayan İRƏLİ artıq vətənpərvər, yenilikçi, kreativ gəncliyin əsas faəliyyət mərkəzlərindən biri kimi qəbul olunur”.Bəyanat müəllifləri qeyd ediblər ki, təsis edilərkən “gənclər Azərbaycanın yeni vətəndaş simasını formalaşdıraraq müstəqil Azərbaycanı təminatlı gələcəyə aparmalıdır” niyyətini bəyan edən Birliyimiz fəaliyyəti müddətində bu amala daim sadiq qalmış, dövlət və xalq mənafeyini bütün maraqlardan üstün tutan minlərlə gəncin fəal və vətənpərvər vətəndaş kimi cəmiyyətdə tanınmasına nail olmuşdur.“Ulu öndər Heydər Əliyevin şah əsəri və bizlərə müqəddəs əmanəti kimi qəbul etdiyimiz müstəqil Azərbaycan bu gün 60 milyonluq azərbaycanlı toplumunun iftixar mənbəyidir. Bu gün bölgənin siyasi və iqtisadi güc mərkəzi olan Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 80 faizə yaxın paya sahibdir”.Bəyanatda vurğulanır ki, bu gün dünya yalniz “İqtisadi inkişafın Azərbaycan modeli”nin mahiyyətini öyrənmir, həm də tolerantlığın, multikultiralizmin ən nadir nümunələrindən sayılan Azərbaycanın mədəni, mənəvi intibahını tədqiq edir.“Bu gün Azərbaycan “Eurovizion” ölkəsidir, beynəlxalq sammitlərin keçirildiyi və sivilizasiyalararası dialoqun qovuşduğu məkandır, ən nəhayət, Avropanın ilk olimpiya oyunlarına ev sahibliyi edəcək dövlətdir.Biz gənclər bu uğurların əldə edilməsində möhtərəm Prezidentimizlə yanaşı, Heydər Əliyev Fondunun rəhbəri, Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da böyük fədakarlığını görür və ona təşəkkürümüzü bildiririk”.İrəli bəyan edib ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi hücum diplomatiyası öz bəhrəsini verib və erməni diasporasının fəaliyyəti fiaskoya uğradılıb.“Artiq erməni lobbisi müdafiə mövqeyindədir və dünya Azərbaycan həqiqətlərini daha düzgün qavrayır. Dünya dövlətləri birmənalı olaraq, ölkəmizin ərazi bütövlüyünü tanıyır və Xocalı faciəsini soyqırım kimi tanıyan ölkəkələrin sayı artır.Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanin siyasi mənzərəsinin müəyyənləşməsində də fəal rol oynayır”.İctimai birliyin bəyanatında qeyd olunub ki, ölkəmizdəki inkişaf və yüksəliş prosesinin bir dalğası da gənclər sektorunda inqilabi dəyişikliklərlə müşayiət olunub.“Azərbaycan Prezident cənab İlham Əliyevin şəxsi qayğısı, diqqəti və himayəsi ilə gənclərimiz hər sahədə qazandıqları uğurların sayını daim artırır. Gənclərlə bağlı, həmçinin onların xaricdə təhsil alması ilə əlaqədar dövlət proqramlarının qəbulu, gənclərin hərtərəfli inkişafına dövlət dəstəyini təmin edən fərmanların, sərəncamların imzalanması və onların uğurla həyata keşirilməsi Prezident İlham Əliyevin müəllifi olduğu gənclər siyasətinin real təzahürləridir.Vaxtilə ümummilli liderimiz Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Bəli, artıq Azərbaycan günəşinin şölələri dünyaya yayılır”.Bəyanatda deyilir ki, biz bununla qürur duymaqla yanaşı, onu da unutmuruq ki, bu günəşin şölələrini – Azərbaycanımızın inkişafını gözü götürməyən qüvvələr də var.“Xaricdəki antiazərbaycançı şəbəkə artıq uzun müddətdir ki, erməni lobbisi ilə fəal əməkdaşlıq qurur və təəssüf ki, ölkəmizdəki radikal müxalifət təmsilçiləri də onlarla vəhdət halında xalqımıza və dövlətimizə qarşı yönəlmiş “şər üçbucağını” formalaşdırır.Azərbaycan gəncliyi, o cümlədən İRƏLİ bu müxalifəti antimilli qüvvələr kimi qəbul edir, onların bədnam, xain əməllərini qətiyyətlə pisləyir. Azərbaycan xalqı tarixinin əlamətdar məqamlarından olan Qurtuluş günü ərəfəsindədir. İRƏLİ üzvlərinin də əksəriyyəti obrazli desək, məhz Qurtuluşdan doğulmuşlardır, Qurtuluşun övladlarıdırlar. Biz tarixi keçmişimizi düzgün bilirik, ona görə gələcəyimizi də doğru müəyyənləşdirmişik.Azərbaycanı xaosdan tərəqqiyə, böhrandan yüksəlişə aparan xətt Heydər Əliyev siyasi kursudur! Bu kursun alternativi yoxdur və nə qədər ki müstəqil Azərbaycan mövcuddur, Heydər Əliyev siyasi kursu da var olacaq!İRƏLİ İctimai Birliyinin hesabat konfransı Azərbaycanda çox önəmli bir hadisə ərəfəsində keçirilir. 2013-cü ilin oktyabrında Azərbaycan vətəndaşları prezident seçkilərində növbəti 5 il üçün ölkənin siyasi taleyini müəyyənləşdirəcəklər. Biz gənclərin, İRƏLİ-nin seçimi məlumdur. Davamlı inkişaf, qüdrətli dövlət və daha güclü Azərbaycan naminə cənab İlham Əliyevi dəstəkləyəcəyimizi bəyan edirik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib