xari

Daha iki şirkət Azərbaycandakı nümayəndəliyini ləğv etdi

SOSİAL
14:27 03.03.2021
435
Daha iki şirkət Azərbaycandakı nümayəndəliklərini ləğv edib. 

Gürcüstanın investisiya şirkəti "Galt and Taggart” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı və İsveçrənin "Private Asset Partners AG” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Dəmirçi Plaza, mənzil 22-ci mərtəbə, Grant Thornton ünvanına və Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185B, mənzil 79 ünvanına bildirə bilərlər. 

Qeyd edək ki, "Private Asset Partners AG” şirkəti 2000-ci ildə İsveçrədə yaradılıb. Lakin şirkətin Azərbaycandakı nümayəndəliyi 2014-cü ildə dövlət qeydiyyatına alınıb. "Galt and Taggart” Səhmdar Cəmiyyətinin isə Azərbaycandakı filialı isə 28.12.2013 tarixində yaradılıb.
 
///Qaynarinfo 

OXŞAR XƏBƏRLƏR