“Dailykarabakh” Kiyevdə Dağlıq Qarabağla bağlı müzakirələr keçirdi — FOTOLAR

“Dailykarabakh” Kiyevdə Dağlıq Qarabağla bağlı müzakirələr keçirdi — FOTOLAR
SİYASƏT
13:06 25.11.2015
1525

Dailykarabakh saytının təşkilatçılığı ilə Kiyevdə “Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızın üzərinə düşən vəzifəlr” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyin nümayəndəsi, Ukraynada fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərləri, gənclər, alimlər və media nümayəndələri iştirak ediblər.

Dailykarabakh saytının rəhbəri Emil Hüseynli bildirib ki, tədbirin keçiriliməsində məqsəd Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızın üzərinə düşən vəzifələri müzakirə etməkdir: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağ probleminin həllində hücum siyasətinə keçməliyik. Hesab edirəm ki, bu işdə soydaşlarımızın üzərinə daha çox məsuliyyət düşür. Bildiyiniz kimi, Ermənistan dövləti çox hallarda ölkələrinə dəvət etdiyi şəxsləri aldadaraq Dağlıq Qarabağa aparırlar və bundan şou düzəldirlər. Ona görə də bu istiqamətdə xarici vətəndaşların daha çox maarifləndirilməsinə ehtiyac var”.

E.Hüseynli təklif edib ki, Dağlıq Qarabag həqiqətlərinin təbliği üçün Ukraynada diaspora təşkilatlarının, soydaşlarımızın təmsil olunduğu Koordinasiya Şurası yaradılmalıdır. Koordinasiya Şurası Dağlıq Qarabağ problemi ilə bağlı sistemli işin görülməsinə öz töhfəsini verər.

Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı Səfirliyinin I katibi Mübariz Cəfərov bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, bu kimi tədbirlər Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında öz töhfəsini verir.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev çıxışlarında vurğulayıblar ki, Dağlıq Qarabağ problemi hər bir soydaşımızın prioritet fəaliyyəti olmalıdır. Onlar qeyd ediblər ki, Ukraynada yaşayan azərbaycanlılar Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması üçün silsiləvi tədbirlər keçirirlər. ATƏT, BMT-nin nümayəndəliyi qarşsında etiraz aksiyaları keçiriblər. Diaspor rəhbərləri çıxışlarında, həmçinin Dağlıq Qarabağ prblemi ilə bağlı Koordinasiya Şurasının yaradılmasına dair səslənən təklifi müsbət qarşıladıqlarını bildiriblər.

Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Qədiroğlu çıxışında qeyd edib ki, güclü erməni lobbisinə qarşı soydaşlarımızn koordinasiyalı şəkildə fəaliyyət göztərməsi Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rolunu oynayacaq: “Hesab edirəm ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspora və qeyri-hökumət təşkilatları bu cür tədbirlərin keçirilməsi üçün öz dəstəyini verməlidir. Bu iş koordinasiyalı şəkildə həyata keçirilməlidir”.

"Qafqazinfo" saytının rəhbəri Elbrus Ərud deyib ki, istər Dağlıq Qarabağ problemi ilə bağlı olsun, istər digər fəaliyyətlə əlaqədar görülən işin effektivliyini artırmaq üçün Ukraynada yaşayan azərbaycanlıların vahid portalı yaradılmalıdır. Bu portal vasitəsilə təbliğat-təşviqat işini düzgün yerinə yetirib, Azərbaycana dair istənilən xəbəri dünya ictimaiyyətinə asanlıqla çatdırmaq olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
22:13 14.03.2026
Bayram öncəsi bazarlarda son qiymətlər - VİDEO
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
21:59 14.03.2026
38 yaşlı qadın dəm qazından zəhərlənərək öldü