Daimi istifadə etdiyimiz bu qida ölümcül xəstəliyə səbəb olur

SAĞLAMLIQ
13:04 14.07.2023
669
Yeməyi daha dadlı etmək üçün bəzi souslardan və ya məhsullardan istifadə edirik. 

AZXEBER.COM xəbər verir ki, ancaq araşdırmalar bu əlavə məhsulların zərər verə biləcəyini və hətta ölümcül ola biləcəyini ortaya qoyub.

Məlum olub ki, yeməkləri daha dadlı etmək üçün istifadə edilən toyuq bulyonları zərərlidir. Plov üçün istifadə edilən dadlandırıcı bulyonlar sağlamlığa ciddi təsir edə bilər.

Mütəxəssislər ət və toyuq bulyonlarının sağlamlıq üçün böyük təhlükə olduğunu bildirirlər.

Bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var və Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli sayılır.

Bulyonun tərkibindəki kimyəvi maddələrə görə, orqanizm reaksiyaya girir və yemək zamanı müntəzəm olaraq istehlak edildikdə; anormal ürək döyüntüsü, nəfəs almaqda çətinlik, beyin dumanı və hətta Alzheimer kimi xəstəliklə nəticələnə bilir. Bulyonların bu qədər zərərli olmasının səbəbi tərkibindəki Mono natrium glutamat (MSG) adlı əlavədir.

Xüsusilə hamiləlik dövründə bu məhsulların istifadəsi mütəxəssislər tərəfindən çox əlverişsiz hesab edilir.

Ayşən

OXŞAR XƏBƏRLƏR