Xəbər verdiyimiz kimi, Türkiyənin Van bölgəsində çoxsaylı insan tələfatı və dağıntılara səbəb olmuş zəlzələ olub. AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra dağıntı altında qalan Zeynəb adlı xanım telefonundan “Tvitter” sosial şəbəkəsinə daxil olub “Zeynel Caddesi, Aydınlar apartmanı, acil yardım edin” sözlərini yazıb. Zeynebin yazısını görən dostları bu haqda xilasedicilərə məlumat veriblər. Xilasediciləri gənc qızı xilas ediblər. Zeynəb hazırda xəstəxanadadır, onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.