Türkiyədə təhsil alan və dağıntılar altından çıxarılan tələbələrdən birinin kimliyi təsdiqlənib.
AZXEBER.COM İTV-yə istinadən xəbər verir ki, Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan və bugün cəsədi tapılanlardan birinin kimliyi təsdiqlənib.
Malatya şəhərində olan Şahin Vəliyevin dayısı meyidə baxış zamanı onun kimliyini təsdiqləyib.
O, tapılan meyidin şəxsin bacısı oğlu Şahin Vəliyevə aid olduğunu bildirib.
Ərazidən həmçinin Gündüz Nəcəfzadənin telefonu da tapılıb.