Dağıstanda magistral qaz kəmərində güclü yanğın baş verib

Dağıstanda magistral qaz kəmərində güclü yanğın baş verib
DÜNYA
22:11 09.06.2026
66
Dağıstanda Qızılyurdun sənaye zonasındakı qazpaylayıcı stansiyada güclü yanğın olub.

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsindən bildirilib.

"Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib, daha sonra isə güclü yanğın başlayıb", - məlumatda qeyd olunub.

Sosial şəbəkələrdəki videolardan görünür ki, alov kilometrlərlə uzaqdan müşahidə edilir.

Hadisə yeri əhatəyə alınıb, yaxınlıqdakı evlərin sakinlərinin təxliyəsi məsələsinə baxılır.
OXŞAR XƏBƏRLƏR