O, Doku Umarovun varisi idi.
Dağıstanda keçirilmiş xüsusi əməliyyat nəticəsində “Qafqaz əmirliyi” beynəlxalq terror təşkilatının başçısı Əliasxab Kebekov qətlə yetirilib. O, yaraqlı Doku Umarovun varisi olub.AZXEBER.COM Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Milli antiterror komitəsinin məlumat mərkəzinin press-relizində deyilir.
“Yaraqlılar ilkin olaraq belə tanınıb: Əliasxab Kebekov, 1972-ci il təvəllüdlü, Doku Umarovun qətlindən sonra “Qafqaz əmirliyi” beynəlxalq terror təşkilatının başçısı olub; Şamil Hacıyev, 1982-ci il təvəllüdlü, respublikanın Untsukulsk rayonunda fəaliyyət göstərən yaraqlılar qrupunun başçısı; Ömər Maqomedov, 1980-ci il təvəllüdlü, Dağıstanda fəaliyyət göstərən yaraqlı qrupun başçısı”, - məlumatda qeyd olunur.