"Dalğa"çılar şəhərin mərkəzində qılıncla kitabı döyüşdürdü

"Dalğa"çılar şəhərin mərkəzində qılıncla kitabı döyüşdürdü
GƏNCLİK
08:51 05.07.2011
1986

Əvvəlcə gənclər "Torqovı"da, “MacDonalds”ın qarşısında toplaşdı. Daha sonra plakatlar və qılınclarla işə başladılar. Aksiya teatral formada oldu və 5 dəqiqə davam etdi.

Aksiyanın əsas şüarları “Tələbə neft tankeri deyil!” və “Cibimizə yox, ağlımıza baxın!” oldu. Flaşmob aksiyada kitabla qılıncın döyüşü səhnələşdirilmişdi. Belə ki, üzərinə “tələbə” sözü yazılmış gənclər oturacaqlarda əyləşib kitab oxumağa başlayır. Arxa fonda isə gənclər əllərində plakatlar tutaraq mənzərəni seyr edir. Bu zaman üzərinə “Baş nazir” sözü yazılmış “Dalğa”çı əlində qılınc tutaraq gəlir. Qılıncı “tələbənin” boğazına dirəyən “baş nazir” ondan pul tələb edir. “Tələbələrin” bir neçəsi pul verərək canını qurtarır. Sonda başqa bir “tələbə” buna etiraz edir. Bu zaman kitabla qılıncın döyüşü başlayır. "Torqovı"da baş tutan bu görüş kənardan keçənlərin diqqətini cəlb edir və ətrafa yığılan vətəndaşlar tamaşa tipli aksiyaya baxır. Sonda kitab qılınca qalib gəlir və “baş nazir”in qılıncı yerə düşür.

Daha sonra gənclər birlikdə öz şüarlarını deyir və universitetlərdə təhsil haqlarının qaldırılmasına öz etirazlarını bildirirlər. Aksiyaya polis müdaxiləsi olmadı.

Aksiyanı baş tutmuş hesab edən “Dalğa” Gənclər Hərəkatının sədri Orxan Nəbiyev ölkədə gənclərin təhsil alması üçün onlara şərait yaradılmasının vacib olduğunu deyir: "“Dalğa” gənclərin təhsil hüquqlarını həmişə müdafiə edib. Biz gənclərin təhsil alması üçün onlara həmişə yardım edilməsini istəmişik. Bu gün ali məktəblərdə təhsil haqlarının artırılmasına öz etirazımızı bildiririk. Çünki orta əməkhaqqı ilə təhsil haqları uyğun gəlmir. Azərbaycan kimi ölkədə valideynlər təhsil haqlarını ödəməkdə çətinlik çəkir".

Gənclər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orqanı olan “Abituriyent” jurnalının 3-cü sayında dərc edildiyi kimi, bəzi dövlət ali təhsil müəssisələrində ödəniş haqqının 300 manatdan 1500 manata qədər artırılması qərarına etiraz etdiklərini vurğuladılar. “Dalğa” qərarın dəyişdirilməsi xahişi ilə prezident İlham Əliyevə, baş nazir Artur Rəsizadəyə, TQDK sədri Məleykə Abbaszadəyə və təhsil naziri Misir Mərdanova müraciət ünvanlayıb.

Qeyd edək ki, Nazirlər Kabineti bir müddət əvvəl ali məktəblərdə təhsil haqlarının artırılması ilə bağlı qərar verdi. Bu qiymət artımı artıq ölkədə ciddi narazılığa səbəb olmağa başlayıb. Nəhayət, baş verənlərə açıq şəkildə, yəni aksiya formasında etiraz etmək istəyənlər tapıldı. Hətta ötən günlər Facebook sosial şəbəkəsində virtual etiraz edən gənclər də öz fikirlərini demişdi. Buna baxmayaraq, təhsil haqlarının aşağı salınması ilə bağlı aidiyyəti qurumlar heç bir şey demir. Gənclər isə bu hal davam edəcəyi təqdirdə davamlı aksiyalar keçirəcəklərini bildirmişdi.

/// musavat.com

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir