Məlum olduğu kimi bu gün, 24 iyun 2012-ci il Azərbaycan Xalq Hərəkatının lideri, eks-Prezident Əbülfəz Elçibəyin doğum günüdür.
Bu məqsədlə Dalğa Gənclər Hərəkatının üzvləri eks prezidentin fəxri xiyabanda yerləşən məzarını ziyarət ediblər.
Hərəkat üzvləri Elçibəyin məzarı önündə keçirdikləri anım mərasiminə Azərbaycan Respublikasının himni ilə başlayıblar. Daha sonra Hərəkat üzvlərindən bir neçəsi çıxış edərək anım mərasiminə toplaşan gənclərə Elçibəyin fəaliyyəti haqqında məlumat veriblər. Bundan əlavə dalğaçılar əllərində “Eks-Prezident doğum günün mübarək” , “Bu Bəyin taleyidir – 24.06.1938” şüarlarını təqdim etdilər.