Yola saldığımız 2014-cü il nələri ilə yaddaşlarda qaldı? Hansı uğurlara imzalar atıldı, bəzənsə hansısa uğursuzluqlar, heç də xoş olmayan anlar bizləri müşayiət etdi?
2014-cü ilin son günləri bitmək üzrədir. Son yarpaqlarını tökən yola saldığımız ilin tanınmışların həyatında hansı anılarıyla yadda qalmasına ayna tutmağa çalışdıq.
Bu il tanınmışların həyatında nələrlə yadda qaldı?
Bu və digər suallarla müxtəlif sahələrdə çalışan tanınan şəxslərlə AZXEBER.COM sorğu aparıb.
Azərbaycan Yazıçılar İttifaqının katibi, tanınmış yazıçı Çingiz Abdullayev:
- Azərbaycan Yazıçılar Birliyinin 80 illiyini qeyd etdik. Bizə çox qonaqlar gəldi. Şəxsi işlərimdə də çox uğurlu il oldu. İnterpoldan sənəd aldım. Məni İnterpolun fəxri səfiri seçmək istəyirlər. Bolqariyada, Riqada fəxri doktor oldum. Çoxlu yeni kitablarım nəşr olunub. Mənim “Quba kapriççiosu” kitabım əsasında hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında film çəkilir. Bizim çox tanınmış bir müğənni bu filmdə çəkilir. Şəxsi həyatımda yenilik baş verməyib. Dağlıq Qarabağ məsələsi də həll olunsaydı, yaxşı olardı.
Respublikanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Rasim Balayev:
- 2014-cü il mənim üçün heç də ürəyimcə olan bir il olmadı. Çünki heç bir filmə çəkilmədim. Ona görə də, mən bu ili ürəyimcə yaşadığm bir il hesab etmirəm. Bundan başqa, bu ildə ürəyimcə olan başqa hadisələr də baş verməyib.
Millət vəkili Aydın Mirzəzadə:
- Azərbaycanın bu il qazandığı bütün uğurlarını özümün uğurlarım hesab edirəm. Və bu ölkənin vətəndaşı olmaqdan qürur duyuram.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov:
- Şəxsi həyatımda uğur odur ki, sağlam canla ili başa vururam. İşlə bağlı uğurlarımız isə həddən artıq çox olub. Ən yadda qalan tədbirimiz ölkə başçısının himayəsi ilə keçirilən “Bakutel sərgi və konfransı” və cənab prezidentin bu tədbirdə iştirakı oldu.
“APA”-nın baş direktoru Nurşən Quliyev:
- 2014-cü ili şəxsi və iş həyatımda arxada qoyduğum adi illərdən biri kimi yaşadım. Amma Dağlıq Qarabağ məsələsinin həlli baxımından bu ili uğursuz il hesab edirəm.
Orxan