APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ATƏT Daimi Şurasının iclasında çıxışında deyib. O bildirib ki, ATƏT məkanındakı münaqişələrin həlli Ukraynanın sədrliyi dövründə prioritet istiqamətlərdən biri olacaq.
L. Kojara münaqişələrin bütün mərhələləri və elementləri, o cümlədən münaqişələr barədə erkən xəbərdarlıq üzrə ATƏT-in effektivliyini artırmağın zəruriliyini vurğulayıb. O, Moldova və Gürcüstandakı münaqişələrin həlli üçün də çalışacaqlarını söyləyib və ATƏT-in fəaliyyətdə olan sədri qismində ilk səfərini gələn həftə Moldovaya edəcəyini açıqlayıb.