Dağlıq Qarabağ münaqişəsinin təşkilatçıları Ermənistandan Xankəndinə gəldilər

DÜNYA
17:12 29.09.2020
1596

Dağlıq Qarabağ münaqişəsinin təhrikçiləri Xankəndinə gəliblər, onların arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov, Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan da var.

Bu barədə "Vestikavkaza.ru” xəbər verir.

 

Mənbə "sputnik.armenia”ya istinadən bildirir ki, R. Koçaryanın aparat rəhbəri Viktor Soqomonyan onun Dağlıq Qarabağa getdiyini təsdiqləyib.

Ermənistanda 1990-cı illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda fəal iştirak edən R. Koçaryanın təcrübəsinin İrəvanın yaratdığı qondarma "DQR” rejiminin "ordu komandirlərinə” bir şey öyrədə biləcəyinə inanırlar. 

Mənbə qeyd edir ki, Ermənistan Azərbaycan ərazisinə sentyabrın 27-si, bazar günü, Moskva vaxtı ilə saat 5:00-da hücuma başlayıb. Münaqişənin alovunu yatırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirərək düşmənin hərbi texnikasını, hərbi infrastrukturunu və canlı qüvvəsini məhv edib. Bu günə qədər Cəbrayıl və Füzuli rayonlarının yeddi kəndi və Murovdağ yüksəkliyi işğaldan azad olunub, Talış kəndi ətrafında əsas yüksəkliklər ələ keçirilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur

21:01 27.10.2020

Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu

20:40 27.10.2020

Prezidentin köməkçisi: “Ermənilər bizi vadar edir ki, ordumuz sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”