“Dağlıq Qarabağ uğrunda vuruşmağa hazırıq” - Xameneyinin təmsilçisi

“Dağlıq Qarabağ uğrunda vuruşmağa hazırıq” - Xameneyinin təmsilçisi
SOSİAL
00:31 09.04.2016
2231
İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi Höccətül-İslam Seyid Həsən Amili bu gün cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.
Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.
Qarabağda vuruşmağı arzuladıqlarını deyən H. Amili qeyd edib ki, Qarabağ İslam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır: “İranın ali dini lideri buyurub ki, Qarabağ İslam diyarıdır və bu diyarda baş verən hadisə nəticəsində dünyasını dəyişən şəxs şəhid sayılır. Şəxsən mən özüm münasib şəraitin olduğu təqdirdə, Qarabağa gedib üzərimdə olan borcu yerinə yetirmək istəyirəm. Ərdəbil əyalətində çalışan dövlət qurumları da Azərbaycan millətinin qan, tibbi ləvazimat və digər ehtiyaclarını ödəmək üçün heç nəyi əsirgəməsinlər.
Bu gün Qarabağda baş verən hadisələr əslində Stalinin üzdəniraq planlarından qaynaqlanır. Əslində təkcə Qarabağ deyil, həm də Stalin dövründə onun tərəfindən millətlər arasında ixtilaf salmaq kimi mənfur niyyətlərlə dəyişdirilmiş sərhədlər dəyişdirilməli və Azərbaycana qaytarılmalıdır”.
H. Amili qeyd edib ki, Azərbaycan bu münaqişədə özünün dost və düşmənini, xidmətçi və xəyanətkarı tanımalıdır: “ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söz versə də, bu qrup heç bir iş görməyəcək, həm də digər beynəlxalq qurumların bu sahədə görə biləcəkləri işlərə əngəl törədəcək. Onlar bu münaqişənin dinc yolla həllini istəmirlər”.
İranın Gilan əyalətində yerləşən Astara şəhərinin imam cüməsi Höccətül-İslam Şeyx Hafiz Kazimniya da xütbəsində deyib ki, Qarabağ İslam dünyasının bir parçasıdır: “Heç kim Qarabağın işğal edilməsinə şübhə ilə yanaşmır. Qarabağ müsəlman ölkəsi olan Azərbaycana qayıtmalıdır. Biz hər növ münaqişə, müharibə və itkiyə qarşıyıq. Lakin Azərbaycan öz ərazi bütövlüyünü qorumalıdır. Bu ölkənin heç bir şəhəri, qəsəbəsi və kəndi işğal altında qalmamalıdır”.
Təbriz şəhərinin imam cüməsi Ayətullah Möhsün Müctəhid Şəbistəri də xütbəsində bildirib ki, son günlər Qarabağda baş verənlər 1994-cü ildə Azərbaycanla Ermənistan arasındakı müharibədən sonra misli görünməmiş bir hadisədir. (apa)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb