Dağlıq Qarabağa dair bəyanatı açıqlandı

SİYASƏT
13:34 05.12.2013
1064

ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası ilə əlaqədar olaraq ATƏT-in Minsk qrupu ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə naziri Terri Repentin və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesi əldə edilmiş nailiyyətlər əsasında davam etdirməyi razılaşdırıblar.

AZXEBER.COM ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağ münaqişəsi tərəfləri və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin birgə bəyanatında deyilir.Nümayəndə heyətlərinin rəhbərləri bu yaxınlarda Azərbaycan və Ermənistan arasında baş tutmuş yüksək səviyyəli dialoqu alqışlayıblar və onun sülh yolu ilə həllə yardım edəcəyinə ümidlərini ifadə ediblər.Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2014-cü ilin əvvəlində Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşməyi razılaşdırıblar.Nazirlər qeyd ediblər ki, regionun əhalisi uzun müddət davam edən münaqişənin nizamlanmasında tərəqqi əldə olunmasını gözləyirlər və onlar buna layiqdirlər.XİN rəhbərləri həmsədr ölkələrin vasitəçilik rolunu yüksək qiymətləndiriblər.

OXŞAR XƏBƏRLƏR