Damlanın başına iş gəlib.
AZXEBER.COM xəbər verir ki, müğənninin avqustun 23-də repçi Miro ilə oxuduqları "Asılqan" mahnısına çəkilən klipini "YouTube" kanalında izləyici kütləsi "bot"a basıb. Bu haqda isə "Damla" sosial şəbəkə hesabında məlumat yayıb.
O, yeni klipinə gələn "bot" şərhlər yazanları təhqir edib: "Yeni mahnımıza "YouTube" kanalında vurulan "bot" şərhlər gözünüzə girsin. Bu yola da əl atdınız. Barı bu qədər ucuz olmayın".