Danışıqlar - iranlıların hələ də sağ olmasının yeganə səbəbidir - ABŞ Prezidenti

Danışıqlar - iranlıların hələ də sağ olmasının yeganə səbəbidir - ABŞ Prezidenti
DÜNYA
21:13 10.04.2026
792
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın əlindəki yeganə rıçaq Hörmüz boğazıdır.

Bu barədə o, "Truth Social"da yazıb.

"Görünür, iranlılar anlamırlar ki, beynəlxalq su yolları vasitəsilə dünyanı qısamüddətli şantaj etməkdən başqa heç bir rıçaqları yoxdur. Onların bu gün sağ olmalarının yeganə səbəbi danışıqlar aparmalarıdır!", - Tramp yazıb.

Digər bir paylaşımında ABŞ lideri bildirib ki, İran KİV-dəki dezinformasiyanın və ictimaiyyətlə əlaqələrin öhdəsindən döyüşməkdən daha yaxşı gəlir".
OXŞAR XƏBƏRLƏR