Darıxmaq vaxtı

KÖŞƏ
20:56 23.12.2010
2768

İkinci Cahan Savaşından sonra «gedənlərin gəlməyəcəyi» duyğusu camaatın düşüncəsinə hakim kəsilmişdi – ona görə, hər məktub bir sevinc, hər gəliş bir bayram gətirirdi kəndimizə.
Kənd uşaqları üçün fərqlənmək, öyünmək yerlərindən biri də əsgərlikdən gələn «kişiləşmiş gəncin» əsgər kəmərinə və əsgər papağına sahib çıxmaq idi. İlk işimiz məlumat toplamaq olardı, SSRİ müdafiə nazirinin əmrini izləyərdik, sonra da rayon mərkəzinə uzanan yolu nəzarətə götürmək üçün dağa qalxardıq. Bu yolun o üzündə ara-sıra televizordan, radiodan izlədiyimiz «BÖYÜK DÜNYA» vardı və bizlər «BÖYÜK DÜNYANI» kəndimizlə birləşdirən, ilan kimi qıvrıla-qıvrıla uzanan yolu yorulmadan, usanmadan saatlarla seyr edərdik. Bir az içində əyləncə də vardı bu gözləmənin, axı, diribaş uşaqlar «kəmərə və papağa» sahib olmaq üçün «gəldi» xəbərini müjdələmək yarışına düzülürdülər?! Amma ən əsası bu yol Xəyallarımızın Yoluydu – düşündükcə düşünər, bu yollardan əsgər, tələbə, yazıçı, jurnalist, şair kimi qayıtdıqca qayıdar, gəlişimizi gözləyən bizim kimi uşaqları sevindirəcək hədiyyələri çeşidləməkdən zövq alardıq.

Mən bu dağa tez-tez çıxardım - hər ay, hər həftə, hər gün. Bu yol həftədə bir dəfə ayrı aləmdə işləyən qardaşım İbrahimi gətirirdi. Bəzən gəlməyəcəyi günlərdə də onu gözləməyə gedirdim.

Və darıxmağa öyrəşdim…

***

Bir gün o yollar məni də ARZULARIMIZIN ŞƏHƏRİNƏ apardı, qayğısı ancaq oxumaq, yazmaq, bir də yaxşı qiymət almaq olan bir ömür başlandı. Tələbəlik, bir-birini anlayan eyniyaşlı gənclik, BÖYÜK DÜNYANI fəth eləməyin «bir addımlığında» olmağımızla bağlı aşıb-daşan enerji darıxmağımın qarşısını ala bilmirdi.
İndi qardaş darıxmaqlığına anam, atam, bacı-qardaşım, qonşularım, uşaqlıq dostlarım və… «gedənləri qarşılamaq» üçün qalxdığımız DAĞ da əlavə olunmuşdu.
Ürək bu boyda DAĞı daşıya bilərmi?
Daşıyırdım – axı, darıxmağa uşaqlıqdan öyrəşmişdim!...

***

Sonra iş həyatı…
Sonra bir-birini əvəz edən yeni-yeni dostlar, münasibətlər…
Və sonra qəfil itkilər… Doğmaların, yaxınların, dostların itkisi.
Sıralarımız seyrəlir - hər gedən bir qəlpə aparır ürəyimizdən, gələnlərsə gedənlərin yerini doldura bilmir. Çünki hər dostun öz yeri, öz məqamı var; hər gələn öz yerinə gəlir – kimsə kimsənin yerini tuta bilməz.
İtirdiklərimiz, itkilərimiz, itiklərimizin darıxmaqlıqları başladı; özümüzün, sözümüzün, dünyamızın darıxmağını yaşadıq, gözümüz “uzaq, yaşıl ada”da qaldı, uzağın həsrətin çəkdik…
Amma bu darıxmaqlara öyrəşə bilmədim.
Darıxmağa uşaqlıqdan öyrəşsəm də!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"