Daş karxanasında ölümlə nəticələnən dava

Daş karxanasında ölümlə nəticələnən dava
Bütün Xəbərlər
16:40 26.05.2014
749
Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda daş karxanasında ölümlə nəticələnən dava baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən F.Məmmədov mayın 26-da orada dünyasını dəyişib, Q.Həsənovun vəziyyəti orta-ağırdır.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
OXŞAR XƏBƏRLƏR