“Daşkəsən Aqroturizm Festivalı” yüksək təşkilatçılıqla keçirilib

“Daşkəsən Aqroturizm Festivalı” yüksək təşkilatçılıqla keçirilib
SOSİAL
14:33 19.07.2026
795
İyulun 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi,  Mədəniyyət Nazirliyi ,  Elm və Təhsil Nazirliyi, "AzerGold” QSC, "Araz Supermarket” MMC, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı, STEAM Azərbaycan, "Nar Mobile” və "Bakcell”in dəstəyi ilə "Daşkəsən Aqroturizm Festivalı”, eyni zamanda, Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi "Aqrar Biznes Festivalı” Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində böyük izdihamla baş tutub.

AZXEBER.COM xəbər verir ki, Festivalda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Babayev,  Mərkəzi İcra hakimiyyəti orqanlarının regional və yerli bölmələrinin rəhbərləri,  "AzerGold” QSC-nin, "Daşkəsən Dəmir Filiz” MMC-nin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, fermerlər, sahibkarlar, minlərlə rayon sakini və turistlər iştirak ediblər.

Festival Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov  bildirib ki, Xoşbulaq kəndində təşkil olunan festival Daşkəsənin zəngin təbiətinin, zəhmətkeş insanlarının və milli-mənəvi dəyərlərimizin nümayiş olunduğu bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr üzrə uğurla həyata keçirilən ardıcıl siyasət nəticəsində Daşkəsən rayonu da gündən-günə inkişaf edir. Həmin çərçivədə rayonumuzda aqroturizmin də genişləndirilməsi kənd yerlərində məşğulluğun artırılmasına, yerli məhsulların tanıdılmasına, sahibkarlığın inkişafına və milli irsimizin qorunmasına təkan verir.

Festivalda rayonun kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, əl işləri, bal, süd, meyvə-tərəvəz və digər yerli istehsal məhsullarından ibarət sərgilər təşkil olunub. Milli mətbəx nümunələri nümayiş etdirilib. İdman yarışları, uşaqlar üçün əyləncə zonaları, STEAM layihələri üzrə təqdimatlar və müxtəlif müsabiqələr festival iştirakçılarının böyük marağına səbəb olub.

Folklor kollektivlərinin və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub.

Böyük maraq və yüksək əhval-ruhiyyə şəraitində keçən "Daşkəsən Aqroturizm Festivalı” rayonun aqrar və turizm potensialının tanıdılması, yerli istehsalın təşviqi, milli dəyərlərin təbliği və rayonun sosial-iqtisadi inkişafına dəstək baxımından əlamətdar tədbir kimi yadda qalıb.

Festival təntənəli konsert və atəşfəşanlıqla başa çatıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
20:10 27.10.2026
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
20:07 27.10.2026
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
20:02 27.10.2026
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
19:59 27.10.2026
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
19:56 27.10.2026
Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
19:53 27.10.2026
Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
19:37 27.10.2026
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Tokayev Türkiyəyə gedir
19:24 27.10.2026
Tokayev Türkiyəyə gedir
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
19:11 27.10.2026
Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol