"Daşkəsəndə 65 yaşlı qadının zorlanığı təsdiqini taparsa, o adamı..." - RƏY

"Daşkəsəndə 65 yaşlı qadının zorlanığı təsdiqini taparsa, o adamı..." - RƏY
SOSİAL
15:08 31.03.2026
138
Xəbər verdiyimiz kimi, Daşkəsən rayonunda 65 yaşlı qadın seksual xarakterli zorakılığa məruz qaldığını iddia edir. Rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən zorlandığını bildirib. Onun sözlərinə görə, məhkəmə-tibbi ekspertizanın rəyi zorlanma faktını təsdiqləyib.

Zərərçəkmiş qadın hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra qarşı tərəfin yaxınları tərəfindən hədələndiyini də qeyd edib. O, həmçinin qarşı tərəfin qardaşının barışıq məqsədilə evlənmə təklifi etdiyini, lakin bu təkliflə razılaşmadığını bildirib. M.M. məsələnin nəzarətə götürülməsini və ədalətli qərar verilməsini xahiş edib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, fakt üzrə cinayət işi başlanıb və araşdırma aparılır.

Hüquqşünas Ramil Süleymanov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsinə əsasən qiymətləndirilir:

"Köməksiz vəziyyətdə olan şəxsə qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Bu halda təqsirli şəxs 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Əgər zorlanma nəticəsində zərərçəkmiş şəxsə zöhrəvi xəstəlik yoluxdurulması, hadisənin ölüm təhdidi və ya xəsarət yetirmə ilə müşayiət olunması, yaxud bu əməlin təkrar törədilməsi halları mövcuddursa, bu, 149.2-ci maddə ilə tövsif edilir və 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR