Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Daşkəsəndə iki avtomobil toqquşub, xəsarət alanlar var
SOSİAL
21:37 25.09.2017
896
Daşkəsəndə ağır yol-nəqliyyat hadisəsi olub.
 
AZXEBER.COM-un verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.
 
VAZ-2107 və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri – Daşkəsən rayon sakinləri 1981-ci il təvəllüdlü Rahib Mehrəliyev və 1977-ci il təvəllüdlü Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalara yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
apa.az
OXŞAR XƏBƏRLƏR