DAU-da “Beynəlxalq gün”Tələbələr bir araya gəlib öz ölkələrinin mədəniyyətini təbliq etməyə çalışırlar Ayın-21-i Şimali Kipr Türk Cumhuriyyətində yerləşən və yeganə dövlət universiteti olan Doğu Akdeniz Univeresitetində “Beynəlxalq gün” keçiriləcək. Bu barədə MİRAS İctimai Birliyinin Şimali Kipr Türk Cümhuriyyəti üzrə təmsilçisi və eyni zamanda həmin universitetin tələbəsi Cəfər Mənsimi məlumat verib. Məlumata görə , adıçəkilən universitetin tələbələri hər il müxtəlif aylarda ənənəvi olaraq “Beynəlxalq gün” keçirilir və onlar bir araya gəlirlər. “Beynəlxalq gün”-ə 65 ölkəni təmsil edən cəmiyyətlər qatılır və hər bir ölkəni təmsil edən cəmiyyətlər tərəfindən stendlər qurulur. Stendlərdə hər bir ölkə haqqında ətraflı məlumatlar öz əksini tapır. Bu gündə iştirak edən cəmiyyətlər öz ölkələrinin mədəniyyətini təbliq etməyə çalışırlarSabah təşkil olunan “Beynəlxalq gün”-də öləkimizi təbliq edən stend qurulacaq. Qeyd edək ki, əvvəlcə Azər baycan haqqında slayd-şou göstəriləcək. Və Doğu Akdeniz Universitetinin tələbəsi Rəhim Davudonun yaratdığı və rəhbərlik etdiyi “Buta” rəqs qrupu tərəfindən Azərbaycanın milli rəqsləri nümayiş olunacaq. Bundan başqa tədbir iştirakçıları həmçinin, Azərbaycanın milli mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər. Qeyd edək ki, “Beynəlxalq Gün”-ün təşkil olunmasına DAU-nun Beynəlxalq ofisinin “Xalqla əlaqələr” şöbəsinin rəhbəri Tanya Serenli Barkınay təşkilatçılıq edir:“Azərbaycan tələbələrinin bu günə olan marağı məni çox sevindirir. Onların bir araya gəlib öz ölkələrinin mədəniyyətini layiqincə təmsil etməsi Azərbaycan mədəniyyətinin dərin köklərə malik olduğunu və inkişaf etməsini sübut edir”.