“Davam” beynəlxalq sosial media kampaniyasına hazırlaşır

GƏNCLİK
16:53 30.09.2022
2392
"Davam” Gənclər Hərəkatı tərəfindən start verilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə, praktiki təlim və kampaniyalardan ibarət fəaliyyət gündəliyi olan "İnfomüharibə ayı” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Beynəlxalq sosial mediada işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlarla çirklənlənməsi mövzusunda kampaniyanın keçirilməsi” adlı layihənin icrasına başlanılıb. 

Layihənin əsas məqsədi beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırış etməkdir. 

Layihə çərçivəsində fərqli 30 nəfərdən ibarət iştirakçı qrupları ilə artıq 5 təlim baş tutub. Davamlı İnkişaf Xidmətinin rəhbəri Aygün Hüseynovanın təqdimatında baş tutan təlimlər zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə, cari statistik məlumatlar, informasiya müharibəsinin əhəmiyyəti və sosial media, xüsusilə "Twitter" üzərində həyata keçiriləcək sosial media kampaniyasına hazırlıqla bağlı ətraflı məlumat verilib və gənclərin çoxsaylı sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR