xari

“Davam” Gənclər Hərəkatı “Gənclər üçün Dil Kursları” həyata keçirir - FOTOLAR

GƏNCLİK
17:16 23.04.2021
268
"Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi "Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində "Gənclər üçün Dil Kursları” adlı layihə həyata keçirir.

AZXEBER.COM xəbər verir ki, kurslar üzrə elan verildikdən sonra qısa müddət ərzində 1000-dən çox gənc kursun iştirakçısı olmaq üçün müraciət edib. Seçim mərhələsindən sonra 4-ü ingilis, 3-ü rus dili üzrə qruplar formalaşıb. 

Formalaşdırılan qruplarda karantin qaydalarının pozulmaması və dərs keyfiyyətinin yüksək olması üçün iştirakçı sayı 12 nəfərdən ibarətdir. Dərslər həftədə iki dəfə olmaqla Bakı Dayaq Mərkəzində həyata keçirilir. 

Qeyd edək ki, dərslər tamamilə ödənişsiz olmaqla interaktiv qaydada, intensiv proqram və peşəkar müəllimlərlə baş tutur.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR