"Davam" sədrindən gənclər təşkilatları və QHT-lərlə bağlı mühüm təklif

TOP4
16:46 02.02.2021
1366
Bu gün Azərbaycanda 2 fevral - Gənclər Günü qeyd olunur.

Gənclər Günü 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

AZXEBER.COM Gənclər Günü və gəncləri düşündürən məsələlər ilə bağlı "Davam” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlının fikirlərini öyrənib.

O, gənclərin bir çox sahələrdə aktiv şəkildə iştirak etdiklərini və beynəlxalq arenada da öz aktivlikləri ilə seçildiklərini bildirib:

"İlk növbədə, bütün Azərbaycan gənclərini təbrik edirəm. Bildiyimiz kimi, Azərbaycan gənclər siyasəti Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin əsasını qoyduğu bu siyasi xətt Cənab Prezidentin ardıcıl, hədəfə yönəlmiş, nəticəyönümlü siyasi idarəetməsi ilə uğurla inkişaf etdirilir. Qalib xalqın qalib gəncliyi öz sözünü hər sahədə olduğu kimi, Vətən Müharibəsində də dedi. Bu şanlı qələbəni tarixə qızıl hərflərlə yazdı. Bu gün gənclərimiz bir çox sahələrdə aktiv fəaliyyət göstərməklə yanaşı xeyli ictimai yükə malik məsələlərin də həllində fəal iştirak edirlər.

Təşkilat sədri gənclərin üzləşdiyi problemlər haqda da danışıb:

"Amma bunlarla yanaşı gənclərin üzləşdiyi problemlər də var. Məsələn, gənclərin ən çox üzləşdiyi problem innovasiya sahəsində "start-up”ların və innovativ layihələrin maliyyələşməsindəki problemlərdir. Bu gün "Start-up”ların ən çox yerli bazarda yox, qlobal bazarda özünə müştəri və investor tapması problemdir. Ölkəmizdə "start-up”ların investisiyalaşması prosesində müxtəlif "mələk yatırımcı”ların aktiv iştirakını görmək çox xoş olardı. Böyük kommersiya qurumları tərəfindən start-upların inkişafı üçün müxtəlif fondların təsis edilməsi ilə bağlı yatırımların edilməsi çox gözəl olardı.

Bununla da Azərbaycanda həm ümumi iqtisadiyyatın, həm də gəncliyin inkişafına töhfə vermiş olarlar. Ölkəmiz İT və yenilikçi layihələrin formalaşdığı, inkişaf etdiyi mərkəzə çevrilər. Böyük holdinqlər, korporasiyalar KSM fondları yarada bilərlər, yəni korporativ sosial məsuliyyət büdcələrinin toplandığı ictimai hesabatlı bir fond. Bu fondlar gənclərin, gənclər təşkilatlarının sosial layihələrinin dəstəklənməsi istiqamətində işlər görə, cəmiyyətdə proqresiv inkişaf ruhunun dopinqi ola bilərlər.

Nihad Allahyarlı bildirib ki, dövlət gənclər təşkilatlarına diqqət ayırır, ancaq müəyyən qurumlar da bu işdə daha fəal olmalıdır. O yeni portalın yaranması ilə bağlı təklif irəli sürüb:

"Əlbəttə ki, dövlət qurumları gənclər və müxtəlif profilli qeyri-hökumət təşkilatlarına dəstək verir. Bununla bağlı Gənclər Fondu və QHT-lərə Dövlət Dəstəyi Şurası var. Amma bu fondlardan kənar müxtəlif nazirliklər, dövlət qurumları və xarici təşkilatlar qrant layihələr elan edirlər və müxtəlif təşkilatları maliyyələşdirirlər.

Hesab edirəm ki, bununla bağlı şəffaflıq naminə vahid portal yaradılmalıdır. Əgər belə bir portal olsa, gənclər təşkilatları, QHT-lər bu portaldan rahat şəkildə faydalana bilərlər. Çünki hansı dövlət qurumunun və ya ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın nə vaxt, hansı mövzuda qrant elan etdiyini, meyarların nələr olduğunu, müraciət formatını və son tarixi görmək mümkün olardı. Bəzən qrant layihələri qısa müddətli elan olunur, 20 ildir, eyni təşkilat qalib olur və gənclik, cəmiyyət bundan tam şəffaf faydalana bilmir.

"Davam" sədri peşə təhsili ilə də bağlı təkliflə çıxış edib:

"Müasir dövrdə peşə təhsili ən aktual məsələlərdən biridir. Fikrimcə, peşə təhsil mərkəzləri birbaşa həmin istiqamətdə fəaliyyət göstərən şirkət və korporasiyalarla birgə çalışmalıdır. Həmin gənclər təhsillərinin praktik hissəsini həmin şirkətlərdə davam etdirməlidir. Həmçinin təhsillərini bitirdikdən sonra praktikant kimi çalışdıqları özəl şirkətlərdə iş sahibi olmalıdırlar. Bu, məqsədəuyğun və davamlı proses olar.

Bundan başqa xaricdə təhsil proqramı yenidən bərpa olunmalıdır. Bu proqramdan istifadə edən gənclərin sayı artmalıdır. Müasir dövrdə ali təhsil müəssisələrində yeni peşə ixtisasları tədris olunmalıdır. Məsələn, sosial media menecmenti müasir dövr üçün kifayət qədər aktual məsələdir. Amma bizdə hələ də bu ixtisasın təhsili yoxdur. Həmçinin universitetlərimizdə insan resursları, qrafik dizayn ixtisasları yoxdur. Ali təhsil müəssisələri yeni ixtisasların yaradılmasında işlər görməlidir ki, gənclərimiz seçim zamanı müasir dövr üçün önəmli olan ixtisaslardan faydalana bilsinlər”.
 
Sevinc Yasinqızı

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir