Xarici işlər naziri Əhməd Davudoğlu uydurma "erməni soyqırımı"nın inkarının cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməməsi üçün Fransa Senatına daha bir xəbərdarlıq edib. | |
"France 24" kanalarına açıqlama verən Davudoğlu bildirib ki, Fransa mövqeyini dəyişdirməzsə, bu ölkəyə qarşı sanksiyalar davamlı olacaq: "Biz bu sanksiyaları açıqlamaq məcburiyyətində qalmamağı arzu edirik. Ancaq Türkiyənin səssiz qalacağını düşünməyin. Yeni sanksiyalar olacaq və bu dəfə sanksiyalar Fransa mövqeyini dəyişənə qədər intensiv xakarter daşıyacaq". Senatın gündəliyinə salınan qanun layihəsinin insan haqlarına zidd olduğunu bildirən Davudoğlu "Fransız senatorlar və ziyalılar üçün də ortaq dəyərlərimizdən biri olan fikir azadlığını müdafiə etmək zamanı gəlib" deyib. |