Daxili İşlər Nazirliyinin səlahiyyəti artırıldı

Daxili İşlər Nazirliyinin səlahiyyəti artırıldı
Bütün Xəbərlər
00:17 13.07.2014
848

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edib. 

AZXEBER.COM xəbər verir ki,dəyişikliklərə əsasən, bəzi nazirlik və mərkəzi icra hakimiyyəti orqanlarına əlavə səlahiyyət verilib.

Dəyişikliklərə əsasən, inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məsələlərinə Daxili İşlər Nazirliyi, avtomobil və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına məsələlərinə Nəqliyyat Nazirliyi baxacaq.

Həmçinin dövlət başçısının fərmanında deyilir: “su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyası, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Fövqəladə Hallar Nazirliyi baxır”.

OXŞAR XƏBƏRLƏR