Daxili Qoşunların mayoru güllələnib

Daxili Qoşunların mayoru güllələnib
Bütün Xəbərlər
02:49 13.05.2011
2145
Dağıstanın Sumadinsk rayonunda naməlum silahlı dəstə Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının operativ döyüş tapşırığını yerinə yetirən bölməsini atəşə tutub. Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən “İnterfaks”a verilən məlumata görə, silahlılar avtomat və pulemyotlardan istifadə ediblər. Gülləbaran nəticəmində Daxili Qoşunların mayoru həlak olub. 

Silahlılar meşə massivində gizləniblər. Hazırda əraziyə Daxili Qoşunlar, polis qüvvələri və xusisi təyinatlı dəstələr cəlb edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarına hücum edən dəstənin tapılaraq zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.//Ans Press


OXŞAR XƏBƏRLƏR