Daxili Qoşunların komandanı qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verildi

Daxili Qoşunların komandanı qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verildi
SOSİAL
18:05 14.10.2021
235
Daxili Qoşunların (DQ) Baş İdarəsində Hərbi Şuranın DQ-ın qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunan növbəti iclası keçirilib.

Bu barədə AZXEBER.COM-a DQ-nin Mətbuat Xidmətindən məlumat verilib.

İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə hərbi quruculuq sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun və qanunla müəyyən edilən digər silahlı birləşmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər dövlətçilik siyasətimizin prioritetlərindəndir. İndiyədək istər paytaxtda, istərsə də bölgələrdə yerləşən hərbi hissələr müasir səviyyədə yenidən qurulub, yeni hərbi hissə və şəhərciklər salınıb, maddi-texniki baza daha da müasirləşdirilib. Bu isə ordu quruculuğu sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həm də hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasında və onların döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyır.

Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya yeni, müasir silah növlərinin, hərbi texnikanın daxil edilməsi istiqamətində atılmış addımlar müdrik və uzaqgörən siyasətin nəticəsi idi. İndi Silahlı Qüvvələrimiz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın ən güclü ordularından biri kimi qiymətləndirilir.

Daha sonra daxili qoşunlar komandanının müavini - maddi-texniki təminat idarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyəti haqqında məruzə ilə çıxış edib.

Bildirilib ki, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı şəxsi heyətin maddi-məişət və mədəni tələbatlarının ödənilməsində, kazarma-yaşayış, texniki və tibbi təyinatlı obyektlərin, silah, texnika və avadanlıqların hazırlığında, maddi-texniki vasitələrin qorunub saxlanılmasında, ümumilikdə, qoşunların hərtərəfli təminatında vacib məsələlərdəndir. Bütün bunlar, hissə və bölmələrin döyüş hazırlığının fasiləsiz təmin edilməsinə və xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə əsas verir.

Qeyd edilib ki, qışa hazırlıq işlərinin planlı şəkildə aparılması məqsədilə, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının müvafiq əmrilə "2021-ci ildə Daxili Qoşunların Baş İdarəsində, Ali Hərbi Məktəbində, Təlim Mərkəzində və hərbi hissələrində qoşun təsərrüfatının qış mövsümünə hazırlığı üzrə tədbirlər planı” təsdiq edilib. Tədbirlər planının icrası ilə bağlı Ali Hərbi Məktəbdə və hərbi hissələrdə yaradılmış komissiyalar tərəfindən yaşayış və qeyri-yaşayış binalarına, hərbi təsərrüfat obyektlərinə, istilik, elektrik, qaz, su və kanalizasiya sistemlərinə texniki baxışlar keçirilib, görüləcək işlərin həcmi müəyyən edilib, müvafiq aktlar tərtib edilərək işlərin yerinə yetirilməsi məqsədilə ehtiyac duyulan avadanlıqlar və materialların alınması üçün zəruri tədarük və təchizat həyata keçirilib.

Qış mövsümünə keçidlə əlaqədar qoşunların şəxsi heyəti mövsümi geyim əmlakları ilə təmin olunub, ərzaq məhsullarının tədarük edilməsi, normalara uyğun şəxsi heyətə çatdırılması, xörəklərin keyfiyyəti, əsgər yeməkxanalarının və iaşə obyektlərinin sanitar vəziyyəti nəzarətdə saxlanılıb, xidməti heyvanlar arasında baytar-profilaktiki və müalicə tədbirləri həyata keçirilib.

Həmçinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə nəqliyyat vasitələrinin qış mövsümündə fasiləsiz istifadəsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilərək, park təsərrüfatlarının hazırlığı yoxlanılıb. Şəxsi heyətlə pis hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması, mövsümi texniki xidmətin keçirilməsi və qış dövründə nəqliyyat vasitələrinin istismarı qaydaları mövzularında məşğələlər keçirilib.
Bundan əlavə, soyuq hava şəraitində şəxsi heyətin sağlamlığının qorunması ilə əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi barədə də məruzə edilib.

General-mayor F.Səmədov çıxışının sonunda əminliklə deyib ki, DQ-ın Baş İdarəsinin Maddi-texniki təminat İdarəsi və hərbi hissə komandirlərinin maddi-texniki təminat üzrə müavinləri 2021-2022-ci illərin qış mövsümündə şəxsi heyətin sağlamlıqlarının qorunması, onların məişət şəraiti və təminatı, eləcə də texnikanın və silahların istismarının təşkil olunması üzrə qış mövsümü ilə bağlı üzərilərinə düşən vəzifələri tam həcmdə həyata keçirəcəklər.
Hərbi Şuranın iclasında mövcud vəziyyət, fəaliyyətdə qazanılmış nailiyyətlər, eləcə də yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri, onların aradan qaldırılması istiqamətində görülən işlər barədə bir sıra hərbi hissə komandirlərinin hesabat-çıxışları dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov qış mövsümünə hazırlıqla əlaqədar şəxsi heyətin maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması və texnikanın istismarı üzrə tədbirlər planında nəzərdə tutulan işlərin tam olaraq başa çatdırılması üçün vəzifəli şəxslərə tapşırıqlarını verib.

Əminliklə bildirilib ki, DQ-ın şəxsi heyəti dövlət qayğısına cavab olaraq, yaradılan şəraitdən düzgün istifadə edəcək, təhkim olunan əmlakın qorunub saxlanılmasını təmin edəcək, yüksək döyüş hazırlığını saxlamaqla, qış mövsümünü uğurla başa vuracaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib