Daxili Qoşunlarının iki baş giziri yol qəzasında həlak olub
Bütün Xəbərlər
18:41 03.01.2012
1633
“VAZ-2106” markalı avtomobil yol kənarındakı ağaca çırpılıbAzərbaycan Daxili Qoşunlarının hərbçiləri yol qəzasına düşüblər. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə yanvarın 1-dən 2-nə keçən gecə Oğuz rayonu ərazisində qeydə alınıb. Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Maarif Səftər oğlu Əhmədəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Alim İsa oğlu Xəlilov aldıqları xəsarətdən hadisə yerində ölüblər.