Dayanacağa gəlib hər kəsi güllələdi - FOTOLAR

Dayanacağa gəlib hər kəsi güllələdi - FOTOLAR
Bütün Xəbərlər
16:55 08.04.2013
2647
Antaliyada avtobus dayanacağında xoşagəlməz hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 30 yaşlı Mutlu Polad adlı şəxs, avtobus dayanacağına gələrək, oradakı 37 yaşlı Şule Seçil Tengil və 33 yaşlı Hürrüm Babaoğlana tüfənklə atəş açıb. 37 yaşlı Şule hadisə yerində ölüb.Daha sonra cinayətkar, eyni tüfənglə özünü öldürməyə cəhd göstərib.Hadisə yerinə gələn təcili tibbi yardım nəticəsində, Hürrem Babaoğlan və Mutlu Polad xəstəxanaya yerləşdirilib.
Yaralılardan Hürrem Babaoğlanı, həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR