Dayə 4 yaşlı uşağın başını kəsdi

DÜNYA
14:08 29.02.2016
10833
Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Əlində kəsilmiş uşaq başı tutan qadın Moskva metrosunda saxlanılıb. Başdan-ayağa qara rəngdə geyinmiş qadının “Allahu Əkbər” deyə qışqırdığı və polisləri özünü partladacağı ilə hədələdiyi qeyd edilir.
Hazırda metro stansiyası giriş-çıxış üçün bağlanıb. Daxili İşlər Nazirliyi də faktı təsdiqləyib.
Dörd yaşlı qızın ölümündə şübhəli bilinən dayə saxlanılıb və psixi durumunu müəyyən etmək üçün ekspertiza təyin edilib. 38 yaşlı qadının Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova olduğu müəyyən edilib.
Ehtimal edilir ki, dayə uşağın başını kəsəndən sonra evi yandırıb, 4 yaşlı qızın cansız bədəni yanan evdən tapılıb.
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR