Dayısı gədəbəyli başkəsəni polisə təhvil verdi

Dayısı gədəbəyli başkəsəni polisə təhvil verdi
Bütün Xəbərlər
11:45 17.06.2014
1215
Həyat yoldaşının barışıq istəməməyi onu cinayətə sürükləyib.
İyunun 13-ü Gədəbəy rayonunda gözəllik salonunda Fəxriyyə Aslanovanın başını kəsərək qətlə yetirən Elçin Qasımov saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gədəbəy rayon Prokurorluğunun müstəntiqi Emin Abbasov məlumat verib.
Onun sözlərinə görə, dünən Elçin Qasımovun dayısı onu Daşkəsən rayon Polis Şöbəsinə təslim edib.
E.Abbasov bildirib ki, Elçin Qasımov cinayəti törətdikdən sonra meşə ilə Daşkəsən rayonuna, qohumlarının evinə gedib. İlkin dindirilmə zamanı E.Qasımov bildirib ki, keçmiş həyat yoldaşı ilə barışmaq istəsə də, bunun üçün bir neçə dəfə onunla danışsa da, Fəxriyyə Aslanova razı olmadığından cinayətə əl atıb.
Xatırladaq ki, iyunun 13-də rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.
Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir azyaşlı övladı var.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR