Dayısı ilə birgə fermeri öldürdü - Meyiti isə baqaja qoyub...

Dayısı ilə birgə fermeri öldürdü - Meyiti isə baqaja qoyub...
SOSİAL
11:23 23.01.2019
5694
Ağcabədi rayonunda gənc oğlan dayısı ilə birgə fermeri öldürüb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 20-də rayonun Hindarx qəsəbə sakini, 1969-cu il təvəllüdlü İltifat Cənnətov polisə müraciət edərək qardaşı, 1956-cı il təvəllüdlü Əhliman Cənnətovun saat 04 radələrində özünə məxsus fermadan 15 baş qoyunla birlikdə getdiyini və geri qayıtmadığını bildirib.

Ə.Cənnətovun Hindarx qəsəbəsi ərazisində yerləşən fermasına, yaşayış üçün nəzərdə tutulmuş 1 otaqdan ibarət tikiliyə və tövləyə baxış keçirilib. Bu zaman hər hansı cinayət izi aşkar olunmayıb.

Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu və oğurluq maddələri ilə cinayət işi başlanılıb.


 
Yanvarın 22-də cinayət işi məcəllənin tamah məqsədi ilə adam öldürmə maddəsinə tövsif olunub.

İstintaq zamanı müəyyən edilib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Mamedzadə Sərxan Saleh oğlu dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Ə.Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20 radələrində M.Qasımova məxsus avtomobillə Ə.Cənnətovun fermasına gəliblər. Əhliman onlara yaxınlaşaraq salamlaşıb, bu zaman Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb. Ə.Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar. Daha sonra fermadakı 14 baş qoyunu götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, əldə etdikləri pulu aralarında bölüblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır