16 yaşlı yeniyetmə dayısının razılığı ilə onun həyat yoldaşını qətlə yetirib, daha sonra qadının cəsədinə təcavüz edib. Dəhşətli hadisə İzmir şəhərinin Urla bölgəsində baş verib. 1 yaşlı övladının başqasından olduğundan şübhələnən Osman Çetin öz bacısı oqluna həyat yoldaşını öldürməyi tapşırıb. Bacısı oğlu isə qadını boğaraq qətlə yetirib. Həyat yoldaşnın qətlini sifariş verən Osman Çətinin 25.5 il azadlıqdan məhrum edilməsi tələb olunur.
Türkiyənin Çeşmə şəhərində aşpaz işləyən Osman Çetin iki il əvvəl ailə həyatı qurduğu 20 yaşlı Xədicə Çetinin ona xəyanət etdiyini və bir yaşlı uşağının özündən olmadığını irəli sürərək mübahisə etməyə başlayıb. Əvvələr gecə kulubunda işləyən Xədicə Çetin ona xəyanət etmədiyini deyib. Həyat yoldaşına inanmayan Osman Çetin öz bacısı oğlu və onun dostundan onu öldürməyi xahiş edib. Gəzməyə getmək bahanəsi ilə Xədicə Çetini başqa kəndə aparan Osman Çetinin bacısı oğlu öz dayısı arvadını elektrik naqili ilə boğaraq qətlə yetirib. Cinayətdən sonra vicdan əzabı çəkən 16 yaşlı qatil könüllü olaraq polisə təslim olub: "Üç gündür yata bilmirəm. Dəhşətli yuxular görürəm. Dayımın köməyi ilə onun həyat yoldaşını boğaraq qətlə yetirdim".
Həbs olunan 16 yaşlı yeniyetmənin polisə verdiyi izahatda dəhşətli cinayətin təffərrüatları məlum olub: "Dayımın həyat yoldaşının qohumları ilə mübahisəm olmuşdu. O gündən bu yana onu öldürməyi özümə söz vermişdim. Bir gün dayım mənə zəng edərək vacib söhbətinin olduğunu dedi. Görüşdə dayım mənə bir kağız parçası uzatdı. Kağızda üç nəfərin adı yazılmışdı və mənim də əlimdə silah olan şəklim çəkilmişdi. Mən şəkilə baxıb güldüm. Dayım "Üçünü də öldürəcəyik. Əgər sən həbs olunsan, mən sənə arxa çıxacağam. Həbsxanadakı müddətdə də bütün ehtiyaclarını qarşılayacam" deyərək məni razı saldı. O əsanada dayımın həyat yoldaşı zəng elədi. Daha sonra dayımın yoldaşını və uşağını gəzmək bəhanəsi ilə evdən çıxardıq. Elə maşındaykən elektrik naqili ilə onu boğmağa başladım. Xədicə mənə qarşı müqavimət göstərdiyindən naqil qopdu, amma bu dəfə də əlimlə boğmağa davam etdim. Xədicə xilas olmaq üçün çox çırpınırdı. Bütün bunlara şahid olan 1 yaşlı uşaq ağlamağa başladı. Dayım uşağı mənim yanımdan uzaqlaşdırdı. Xədicənin öldüyünə əmin olmaq üçün onun nəbzinə baxdım və bir neçə dəfə çimdiklədim".
16 yaşlı yeniyetmə B.Ö. boğaraq qətlə yetirdikdən sonra dayısının həyat yoldaşına təcavüz etdiyini və bunu dayısının da gördüyünü deyib: "Dayımın həyat yoldaşını qətlə yetirdikdən sonra ona təcavüz etdim. Bunu dayım da gördü. Daha sonra dayım Xədicənin ölmədiyini, sadəcə huşunu itirdiyini dedi. Yanımdakı bıçaqla Xədicəyə üç dəfə zərbə endirdim. Bu hadisədən sonra Xədicə tez-tez yuxularıma girir. Tutduğum bu əməldən çox peşman olduğuma görə könüllü olaraq polisə təslim oldum".
Həyat yoldaşının qətlini sifariş edən Çetin isə 1 yaşlı övladlarının olduğunu və hadisdən 6 ay əvvəl həyat yoldaşı ilə ayrı yaşadığını deyib: "Bacım oğlu tez-tez yanımda həyat yoldaşım haqqında nalayiq sözlər işlədirdi . "Sən necə kişisən, arvadın gecə klubundakı müdüri ilə yatıb, hətta mənlə də cinsi əlaqə qurmaq istəyir" deyərək məni qıcıqlandırıdı. Bacım oğlu və həyat yoldaşım arasınada hər hansı bir münasibət olduğundan şübhələnirdim. Hər ikisini üzləşdirməyə qərar verdim. Maşında gedirdik. Birdən ikisi mübahisə etməyə başladı. Mən sakitləşdirmək istəsəm də bacım oğlu əlindəki elektrik naqili ilə Xədicəni boğmağa başladı. Mane olmaq istəyəndə isə, bacım oğlu əlindəki bıçaqla məni hədələdi. Qorxumdan heç nə edə bilmədim. Mən qətiyyən bacım oğlunun Xədicəyə təcavüz etdiyini görməmişəm".
Polis 20 yaşlı qadının cəsədini yol kənarında tapıb. Tibbi ekspertiziyanın rəyinə əsasən 20 yaşlı Xədicə Çetin boğularaq qətlə yetirilib və daha sonra da cəsədinə təcavüz olunub. Faktla bağlı araşdırma aparılır. /Teleqraf/