'Dedi sənin anan da, bacın da fahişədir'

Bütün Xəbərlər
15:10 20.01.2012
1850
Abşeron rayonu Goradil qəsəbəsində iki iş yoldaşının mübahisəsi qətllə nəticələnib. ANS TV-nin məlumatına görə, hadisə zamanı Beyləqan rayon sakini Bayram İmanov 1988-ci il təvəlldüdlü Elgün Müxtəsər oğlu Hüseynov tərəfindən qətlə yetirilib. Abşeron Rayon Polis Şöbəsinə qətllə bağlı məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə yollanıb. Abşeron rayon prokurorunun böyük köməkçisi Qumru Orucovanın verdiyi məlumata gürə, Bayram İmanov və Elgün Hüseynov arasında şəxsi münasibətlərinin pozulması zəminində problem yaranıb. Nəticədə E.Hüseynov ona bıçaqla ürək və ağciyər nahiyəsindən xəsarət yetirib. Bayram İmanov respublika xəstəxanasına çatdırılarkən dünyasını dəyişib. Qeyd edək ki, Elgün Hüseynov mərhum Bayram İmanovla birlikdə 3 aya yaxın tikintidə fəhlə işləyib. Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl onun mobil telefonuna əvvəldən tanıdığı bir xanım tərəfindən gələn SMS-i İmanova göstərməsi ona baha başa gəlib. “Bir həftə əvvəl mənim telefonuma SMS gəldi. Oxuma-yazmağım zəif olduğu üçün SMS-i ona oxutdum. Oxuyanda nömrəni görütüb və həmin adamı narahat etməyə başlayıb”. Bundan sonra isə Elgün Bayrama zəng edərək nə üçün telefonundan götürdüyü nömrəyə zəng vurub tanışı olan xanımı narahat etdiyini soruşub. Elgün iddia edir ki, məhz telefon söhbəti zamanı Bayram İmanov onu nalayiq ifadələrlə təhqir edib. “Dedi mənimlə fahişə söhbəti edirsən? Dedim əgər həmin adam olmayıb anam bacım olsa idi, onların da nömrəsini götürəcəkdin? Dedi, anan bacınla fahişəni bir tutursan? Dedi sənin anan da, bacın da fahişədir”. Yanvarın 18-də cibinə mətbəx bıçağı qoyaraq çalışdığı obyektə gələn Elgünlə Bayram arasında yenidən iş yerində mübahisə yaranıb. Sonda isə Hüseynov İmanovun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Saxlanılan şəxsin sözlərinə görə, dostunun işdəkilərin yanında ondan üzr istəyəcəyini düşünüb. Amma mərhumun iş yoldaşlarının da yanında Elünün anasına-bacısına fahişə deməsi ona baha başa gəlib.
OXŞAR XƏBƏRLƏR