Dəhşət! Bakıda 18 yaşlı əsgəri güllələdilər

Dəhşət! Bakıda 18 yaşlı əsgəri güllələdilər
Bütün Xəbərlər
16:16 17.01.2013
6999
Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. 
Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir.Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur.Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib. 
/// ANSPRESS
OXŞAR XƏBƏRLƏR