Dəhşət! Bakıda 4 yaşlı uşağa işgəncə verdilər

Dəhşət! Bakıda 4 yaşlı uşağa işgəncə verdilər
Bütün Xəbərlər
17:41 04.12.2012
2603
Bakı şəhərinin Yasamal rayon Polis İdarəsinə bağça tərbiyəçisinin əməli ilə bağlı müraciət edilib. İdarədən Lent.az-a verilən məlumata görə, İnşaatçılar prospektində yaşayan Əmirova Fidan Nizami qızı ərizə ilə müraciət edərək bildirib ki, 4 yaşlı oğluna bağçada fiziki təsir göstərilib. Qadın qeyd edib ki, oğlu Nahidi xeyli müddətdir, 11 saylı məktəbəqədər tərbiyə müəssisəsinə-uşaq bağçasına qoyur. Noyabrın 29-da axşamüstü uşağı bağçadan götürüb evə gətirdikdən sonra onun bədənində xəsarətlər görüb. Bundan başqa, uşağın əlinin içində də deşik açılıb.
OXŞAR XƏBƏRLƏR