DƏHŞƏT:- Kişi arvadını və qaynanasını döydükdən sonra, boyunlarını kəsdi - FOTOLAR

DƏHŞƏT:-  Kişi arvadını və qaynanasını döydükdən sonra, boyunlarını kəsdi - FOTOLAR
Bütün Xəbərlər
12:02 22.11.2013
1697

Ağdamda arvadını və qaynanasını qanına qəltan edən şəxs polis tərəfindən tutulub

Ötən axşam saat 17:00 radələrində Ağdamda 37 yaşlı kişi arvadını və qaynanasını bıçaqlayıb. Rayonun Təzəkənd qəsəbəsində Şükür Həsənov qaynanası 1955-ci il təvəllüdlü Gülnarə Bədəlovanı və arvadı 1978-ci il təvəllüdlü Elmira Bədəlovanı bıçaqlayıb. Ş.Həsənov arvadının boğazından vurub. Yaralılar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda vəziyyətləri orta-ağırdı.

Hadisənin baş verməsinə gəlincə, deyilənlərə görə, Şükür Həsənov arvadını mütəmadi olaraq döyürmüş. Bundan bezən qadın anasına şikayət edib. Gülnarə Bədəlova qızını evlərinə aparmaq üçün kürəkəninin evinə gedib. Lakin Şükür və onun anası buna icazə verməyiblər. Onlar Gülnarəni döyüblər. Daha sonra əsəblərini cilovlaya bilməyən Şükür Həsənov bıçağa əl atıb.Hadisəni törədən şəxs polis tərəfindən tutulub.(Anspress)

OXŞAR XƏBƏRLƏR