DƏHŞƏT:- Yevlaxda ər arvadının başını daşla əzib öldürdü

DƏHŞƏT:- Yevlaxda ər arvadının başını daşla əzib öldürdü
Bütün Xəbərlər
11:54 09.12.2013
1159

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb

Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib. Yevlax Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Səmədabad kəndində kişi keçmiş həyat yoldaşını xüsusi amansızlıqla öldürüb.
Belə ki, 1985-ci il təvəllüdlü Sərxan Əli oğlu Əsədov keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Esmira Həsən qızını Əsədovanın başına daşla vuraraq əzib. Qadının öldüyünə əmin olandan sonra kişi hadisə yerindən uzaqlaşıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Əsədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR