Dəhşətli istilər gəlir

Dəhşətli istilər gəlir
Bütün Xəbərlər
13:06 08.04.2015
4109
Aprelin 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. 
Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR