Dəhşətli qətllərin təfərrüatı məlum oldu - RƏSMİ

Dəhşətli qətllərin təfərrüatı məlum oldu - RƏSMİ
SOSİAL
12:26 17.06.2019
11830
Ağstafada baş verən güllələnmə hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb
 
Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Ağstafada baş verən güllələnmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. 
 
AZXEBER.COM-a daxil olan birgə məlumatda deyilir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
12:04 01.06.2025
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
11:41 01.06.2025
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
11:21 01.06.2025
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb